Rusiya KİV: "Regionun ən varlı Azərbaycan ordusu" - FOTO

14 Aprel 2017 11:15

Azərbaycan Ordusu regionun ən qüdrətli ordusudur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Russia Today" agentliyinin hazırladığı fotoreportajda deyilir.

Qeyd olunur ki, Azərbaycan Ordusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi səbəbindən daim döyüş hazırlığı vəziyyətindədir.

Bildirilir ki, 2000-ci illərin əvvəlindən Azərbaycan hərbi büdcəsini 20 dəfə artırıb.

Fotoreportajda deyilir ki, rəsmi Bakı Rusiya, İsrail və Türkiyə istehsallı silahlar alır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində