Milyarder və gözəlçə təyyarə qanadına çıxdılar - VİDEO-FOTO
18 İyun 2011 01:36
Milli.Az xəbər portalı "Guardian"a istinadən bildirir ki, britaniyalı multimilyarder Riçard Brenson ona məxsus "Virgin Atlantic" aviaşirkətinin 25 illik yubileyini qeyd edib.
Bununla bağlı təşkil edilmiş tədbirdə britaniyalı müğənni, model və aktrisa, "Girls Aloud" qrupunun sabiq solisti Sara Hardinq də iştirak edib. Bayram tədbirləri eyni vaxtda London və ABŞ-ın Mayami şəhərində keçirilib.
""Virgin Atlantic" fəaliyyətə başlayandan iki il sonra Mayamiyə aviareys təşkil etdik. İndisə 32 istiqamətdə sərnişin daşıyırıq", - 60 yaşlı Riçard Brenson bildirib.
Brensonun sözlərinə görə, "Virgin Atlantic" aviaşirkəti 1986-cı ildən bəri Londondan Mayamiyə 4,5 milyon sərnişin daşıyıb.
Bayram zamanı Brenson və Hardinq aviaşirkətin təyyarələrindən birinin qanadına çıxaraq orada pozalar veriblər. Bu zaman Brenson 29 yaşlı Saranı qucağına alıb.