644 nəfər İran prezidenti olmaq istəyir

13 Aprel 2017 22:34

İranda prezident olmaq istəyənlərin sayı 644 nəfərə çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  İran İslam Respublikası Seçki Komissiyasının katibi Əli Purəli Motləq seçkilərə namizədliklə bağlı 644 nəfərin qeydiyyatdan keçdiyini bildirib. Onlardan 21-i qadındır.

İranda 12-ci prezident seçkilərində iştirak etmək istəyənlərin adlarının qeydiyyata alınması prosesi aprelin 11-dən başlanıb və 15-də başa çatacaq.

Seçkilər mayın 19-da keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində