Siqaretdən imtina edən şəxs 1 ilə yığdığı pulu görüncə AĞLADI - VİDEO - FOTO

13 Aprel 2017 20:26

Türkiyədə, Dənizlidə kondisioner firması işçisi 42 yaşlı Mehmet Tok 22 il çəkdiyi siqareti 8 il əvvəl atarkən buna xərcləyəcəyi pulu yığmağa başlayıb. 70 min TL yığan Tok beləcə 2 yüngül ticari maşın və 1 motosiklet aldığını söyləyib.

Pulu yığmağa qərar verdikdən bir il keçdikdən sonra pul kisəsini açdığını və ağladığını deyən Mehmet Tok: "Pul kisəmi ilk dəfə açdığımda içərisindən çıxan pulları görəndə hönkür-hönkür ağladım", - deyib.

Siqaret çəkməyə günə iki qutu olmaqla 12 yaşında başlayan Mehmet Tok 8 il əvvəl ürəyində yaranan narahatlığa görə həkimlərin tövsiyyəsi ilə atdığını sözlərinə əlavə edib. 

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Siqaretdən imtina edən şəxs, 1 ilə yığdığı pulu görüncə ağladı