Almaniya polisi dünənki partlayışda "islam izi" axtarır - FOTO

12 Aprel 2017 13:12

Almaniya polisi dünən baş verən və "Borrusiya Dortmund" futbol komandasını hədəf alan partlayışla bağlı araşdırmalarına davam etdirir.

Milli.Az "İndependent"ə istinadla bildirir ki, polislər partlayışın radikal islamçı qruplarla əlaqəsinin olub-olmadığını araşdırırlar.

Rəsmilər ehtimal edirlər ki, bu, Almaniyanın Suriyadakı İŞİD-çilərə qarşı əməliyyatlarına cavab olaraq törədilə bilər.

Partlayışın baş verdiyi ərazidən məktub tapılıb. Məktubda müəllif hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü yazıb. Lakin həmin şəxs adını açıqlamayıb.

Qeyd edək ki, partlayış dünən Çempionlar Liqasının 1/4 finalı çərçivəsində oynanacaq "Borussiya"- "Monako" matçının keçiriləcəyi "Siqnal İduna Park" arenasından 10 kilometr aralıda olub. Partlayış nəticəsində iki nəfər xəsarət alıb ki, onlardan biri futbolçu Mark Bartradır. Onun vəziyyəti normaldır.

Bəxtiyar Umarlı
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində