Moldovada "rüşvət əməliyyatı": 19 məmur saxlanıldı

11 Aprel 2017 19:41

Moldovada hökumət və dövlət orqanlarında aparılan yoxlamalar zamanı 19 məmur saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yoxlamalar korrupsiya ilə mübarizə çərçivəsində həyata keçirilib.

Məlumatda qeyd olunur ki, saxlananlar arasında 3 mer, 1 nəfər meriyanın mühasibi, bundan başqa lisey, gimnaziya direktorları, eləcə də şirkət rəhbər və əməkdaşları var.

Saxlanan məmurlar rüşvət almaqda və tenderlərin keçirilməsi zamanı qanun pozuntularında şübhəli bilinirlər.

Axtarışların davam etdirildiyi barədə məlumat verilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində