Azərbaycan Premyer Liqasının XXV turunda "Sumqayıt"la qarşılaşan AZAL mövsümdə 17-ci məğlubiyyətini alıb.
1:2 hesabı ilə uduzan paytaxt təmsilçisi bununla da tarixinin antirekordunu təkrarlayıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, 2005/06 mövsümündən güclülər dəstəsində çıxış edən AZAL bir turnirdə ən pis halda 17 dəfə uduzub. Həmin antirekord 2013/14 mövsümündə qeydə alınıb.
Lakin 3 il öncə bakılılar daha çox - 36 matçda 17 məğlubiyyətə üzülüb. 2016/17 mövsümündə özünün antirekordunu təkrarlayan AZAL artıq 25 qarşılaşmada 17 dəfə xalsız qalıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində