Xəyam Nisanov həmkarı haqda sərt danışdı
16 İyun 2011 16:36
Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, V.Məhərrəmlinin "Azərbaycan müğənnilərindən heç birinə toy aparmaq üçün 10 min manat ödəmərəm" fikrinə Xəyam belə münasibət bildirib: "Fikrimcə, Vasif səhv deyir. Həm Faiq Ağayev, həm Abbas Bağırov, həm də Brilliant Dadaşova əla toy aparırlar. Bu, 10 min manatdan da artığına dəyər. Qoy Vasif Məhərrəmli məndən inciməsin, amma o, səhv danışır!"
Xəyam Azərbaycanda adını çəkdiyi 3 müğənnidən başqa heç kimin bu məbləğdə qonorara layiq olmadığını da söyləyib.
Milli.Az