Günün təamı: sobada bişmiş qaymaqlı makaron - FOTO

18 İyun 2011 07:00
İnqradientlər

1 paket "Barilla" makaronu
1,5 paket qaymaq
300 qram ispanaq
1 baş quru soğan
1 yerkökü
1/2 stəkan əridilmiş kərə yağı
Duz
Qara bibər
Pul bibər

Makaronları bol suda qaynadın və süzün. Tavaya yağ tökün, soğanı doğrayıb əlavə edin, qovurun və təmizlənmiş ispanaqları əlavə edin. Yerkökünü xırda doğrayın, su çəkilənə qədər qovurmağa davam edin. Duz və ədviyyatı əlavə edəndən sonra yağlanmış böyük bir qabda ispanaq, qaymaq və makaronları qarışdırın. Daha sonra qabın ağzını folqa ilə qapadıb 180 dərəcə isidin, 40-45 dəqiqə bişirin. Süfrəyə verərək üstünə azacıq pendir əlavə edin.

Nuş olsun!

Milli.Az