Avropa Ukrayna vətəndaşları üçün vizanı ləğv etdi

6 Aprel 2017 15:30

Avropa Parlamenti Ukrayna vətəndaşları üçün viza rejiminin sadələşdirilməsinin lehinə səs verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, müvafiq qətnamə bu gün AP-nin sessiyasında qəbul edilib.

Söhbət biometrik pasportlara malik və Avropa İttifaqına qısamüddətli səfərə gələn (90 gündən artıq olmayaraq) Ukrayna vətəndaşları üçün viza rejiminin ləğvindən gedir. Bu, turistik və işgüzar səfərlərə aiddir və Aİ-də işləmək hüququ vermir.

Qeyd edək ki, bundan əvvəl Gürcüstan vətəndaşları üçün də viza rejimi ləğv edilmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində