Pepsi ermənidən yararlanmaq istədi, peşman oldu - BÖYÜK QALMAQAL - VİDEO - FOTO

6 Aprel 2017 11:51

Dünyanın ən böyük brendlərindən biri PepsiCo qalmaqal yaradıb və bu səbəbdən də üzr istəyib. Şirkət hətta yeni reklam kampaniyasını dayandırıb.

Milli.Az SBC-yə istinadən bildirir ki, PepsiCo erməni əsilli amerikalı realiti-şou ulduzu Kim Kardaşyanın bacısı, dünyanın ən məşhur modellərindən biri Kendal Cennerlə "Jump" adlı reklam videoklipini rəsmən təqdim etmişdi.

"Pepsi Max" içkisinin reklam olunduğu bu klip korporasiyanın "Bu günlə yaşa" kampaniyasının bir hissəsidir.

Erməni Kim Kardaşyanın kiçik bacısı Kendal Cenner reklamda etiraz aksiyasının lideri olan qız rolunu oynayır.

Üstəlik, video plagiatdır, çünki final kadrlar "Black Lives Matter" hərəkatının Luiziana ştatındakı Baton-Ruj şəhərində keçirdiyi etiraz aksiyasında çəkilmiş fotonun təkrarıdır.

Director: "You, young urban gentleman with the interesting hair. Please come dap Miss Jenner's Pepsi can. Make it authentic." pic.twitter.com/uGJj5RWZEP

- Olivia A. Cole (@RantingOwl) 4 апреля 2017 г.

Reklamda K.Cenner etiraz edən gənclərin arasından çıxaraq küçədə durmuş polislərdən birinə "Pepsi Max" verir.

Reklam ABŞ-da çox böyük qalmaqala səbəb olub. Sosial şəbəkə istifadəçiləri, media və siyasətçilər PepsiCo-nu irqi qeyri-bərabərliyiə etiraz edən qaradərililərin "BlackLivesMatter" hərəkatının obrazını istismar etməkdə suçlayıblar.

"Now just wait one second officers.

I have a Pepsi." pic.twitter.com/NW0sddKOOI

- Philip Lewis (@Phil_Lewis_) 5 апреля 2017 г.

Üstəlik, çəkilişə görə böyük məbləğdə pul alan Kendal Cennerin qaradərililərin problemlərindən sui-istifadə edərək pul qazanması da "iyrənclik" adlandırılıb.

Amerikalılar sosial şəbəkələrdə PepsiCo-nu ələ salıblar: "Sən demə, uğurlu inqilab üçün bizə Pepsi və Kendall Cenner gərəkmiş".

Pepsi. pic.twitter.com/VCkWSXIvTh

- Christopher Ingraham (@_cingraham) 4 апреля 2017 г.

PepsiCo reklamı YouTube-dən silib və nümayişini dayandırıb.

Daha sonra şirkət üzr istəyib: "Vəhdət, sülh və qarşılıqlı anlayış barədə qlobal messic vermək istədik. Aydındır ki, mühüm məqam diqqətimizdən yayınıb. Hər hansı ciddi problemi işıqlandırmaq niyyətimiz olmayıb. Kendal Cenneri reklama çəkdiyimizə görə üzr istəyirik".

Pepsi-nin üzrxahlığı daha böyük qalmaqal və tənqidlərə səbəb olub.

"Pepsi-nin belə tərbiyəsizliyi təəssüf doğurur. Şirkət ağdərili, erməni modeli "Black Lives Matter" hərəkatının ikonasına çevirmək istəyib. Halbuki, irqi problemlərdən bəhs etməklə bağlı heç bir təcrübəsi olmayan Pepsi-nin indi qəflətən bu fikrə düşməsi qəribədir. Əgər bu barədə reklamında bəhs etmək istəyirsənsə, süni və saxtakar olmamalısan", - məşhur marketoloq Mayk Cekson deyib.

Erməni əsilli K.Cenner Pepsi şirkətinin Sindi Krouforddan sonra "reklam siması" qismində seçdiyi ikinci modeldir.

Parisdən Los-Ancelesə dönən K.Cenner üzünü əli ilə örtüb və reportyorların suallarını cavablamaq istəməyib.

Qalmaqallı reklamdan sonra PepsiCo-nun səhmləri kəskin şəkildə ucuzlaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Pepsi ermənidən yararlanmaq istədi, peşman oldu -BÖYÜK QALMAQAL