Tanınmışlar İkinci Buktreyler Festivalında iştirak etməyə dəvət etdi - VİDEO

4 Aprel 2017 17:18

Kinoaktyor Ruslan Sabirlinin təşəbbüsü əsasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə keçirilən "Kitabı tanıdın, kitabla tanının" sloqanlı Buktreyler Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Azərbaycanın görkəmli və tanınmış insanları - Rafiq Əliyev (aktyor ve rejissor, xalq artisti), Həmidə Ömərova (aktrisa, xalq artisti), Ayaz Salayev (kinorejissor, kinoşünas, əməkdar incəsənət xadimi), Orxan Fikrətoğlu (yazıçı, kinodramaturq, əməkdar incəsənət xadimi), Sənubər İsgəndərli (aktrisa, əməkdar artist), Bəhram Bağırzadə (əməkdar artist), Murad Dadaşov (tele-prodüser, əməkdar artist), Nərgiz Cəlilova (tele-aparıcı, əməkdar artist), Rahib Azəri (TV ve radio aparıcı), Azər Qərib (səyyah) gəncləri Azərbaycanda keçiriləcək II Buktreyler Festivalında iştiraka səsləməklə festivala dəstək oldular:

Qeyd etmək istərdik ki, 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yer qaliblərini uyğun olaraq 1000, 800 (hərəsi) və 500 (hərəsi) AZN olmaqla pul mükafatları gözləyir

Buktreylerlər https://goo.gl/NIM9Sh qeydiyyatdan keçirilməlidir.
Son müraciət tarixi: 10 Aprel, 2017

İnformasiya dəstəyi: vesti.az, trend.az, milli.az, day.az, azernews.az, 1news.az, ASAN Radio

İştirak şərtləri ilə Festivalın www.booktrailer.az saytında, həmçinin www.facebook.com/booktrailer.az Facebook səhifəsində yaxından tanış olmaq və daha ətraflı məlumatı almaq olar. 

Bütün suallarla bağlı [email protected] müraciət etmək mümkündür.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Tanınmışlar İkinci Buktreyler Festivalında iştirak etməyə dəvət etdi

Tanınmışlar İkinci Buktreyler Festivalında iştirak etməyə dəvət etdi - 1

Tanınmışlar İkinci Buktreyler Festivalında iştirak etməyə dəvət etdi -2

Tanınmışlar İkinci Buktreyler Festivalında iştirak etməyə dəvət etdi -3

Tanınmışlar İkinci Buktreyler Festivalında iştirak etməyə dəvət etdi -5

Tanınmışlar İkinci Buktreyler Festivalında iştirak etməyə dəvət etdi - 4

Tanınmışlar İkinci Buktreyler Festivalında iştirak etməyə dəvət etdi - 6

Tanınmışlar İkinci Buktreyler Festivalında iştirak etməyə dəvət etdi - 7

Tanınmışlar İkinci Buktreyler Festivalında iştirak etməyə dəvət etdi - 8

Tanınmışlar İkinci Buktreyler Festivalında iştirak etməyə dəvət etdi - 9