“Təzə Bazar"da yanğın söndürülüb - YENİLƏNİB - VİDEO - FOTO

4 Aprel 2017 07:24

07:24

Bakının Nəsimi rayonu ərazisində yerləşən "Təzə bazar"da yanğın hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki,yanğın bazarın meyvə-tərəvəz və geyim satılan hissəsində qeydə alınıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda bazara giriş-çıxış bağlanıb.

07:13

Bakı şəhəri, Nəsimi rayonunda yanğın qeydə alınıb.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 1,5 ha olan "TƏZƏ BAZAR" ərazisində birmərtəbəli mağazaların yanar konstruksiyaları 400 m2 və piştaxtalar 400 m2 sahədə yanıb.

Bazarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 01:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

01:43

Bakı şəhəri, Nəsimi rayonunda "Təzə Bazar" adlanan ərazidə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda "Təzə Bazar" adlanan ərazidə yanğın baş verməsi haqqında məlumat daxil olub.

Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğın məhdudlaşdırılıb. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin: