“Samsung Galaxy S8”in müdafiə sistemini necə aldatdılar? - VİDEO

4 Aprel 2017 08:05

"YouTube"dakı "iDeviceHelp" kanalında "Samsung Galaxy S8" smartfonunun müdafiə sistemini aldatmağın yolu barədə video yerləşdirilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, smartfonu aldatmaq çox asan imiş. Bunun üçün smartfon sahibinin fotosunun başqa bir smartfonda olması kifayətdir. Həmin fotonu smartfona yaxınlaşdırdıqda "Galaxy S8"in üz tanıma sistemi smartfonun blokunu açır.
 
Artıq "Samsung" məsələyə münasibət bildirib. Şirkətdən deyiblər ki, üz tanıma sistemi smartfonun "Samsung Pay" və "Secure Folder" kimi əsas proqram əlavələrinə çıxış imkanı vermir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

"Samsung Galaxy S8"in müdafiə sistemini necə aldatdılar?