İki kino ulduzu gəzintiyə çıxdı - FOTO
16 İyun 2011 06:29
Milli.Az xəbər portalı "Entertaiment"ə istinadən bildirir ki, onkoloji xəstəlikdən müalicə alan məşhur aktyor, Hollivud ulduzu Maykl Duqlas və onun xanımı, aktrisa Ketrin-Zeta Cons Nyu-Yorkda gəzintiyə çıxıblar.
66 yaşlı aktyor və 41 yaşlı aktrisa övladları - 10 yaşlı Dilan və 8 yaşlı Karislə axşam gəzintisindən həzz aldıqlarını deyiblər.
"Elie Saab" modalar evinin istehsalı olan paltarda "Tony" mükafatının təqdimat mərasiminə qatılmış Ketrin Zeta-Cons billdirib ki, ailəliklə axşam gəzintilərində günün yorğunluğunu çıxarırlar.
"Hazırda üç filmə çəkilirəm. Bipolyar əsəb pozuntusu ilə bağlı müalicəm uğurla başa çatmaqdadır və artıq hər şey normaldır", - aktrisa söyləyib.
Milli.Az