Kiminin əvvəli, kiminin axırı... - FOTO

16 İyun 2011 08:33
Milli.Az xəbər portalı "Guardian"a istinadən bildirir ki, cəmi bir il əvvəl milyonçu olmuş Anita Krossli qlobal maliyyə böhranı nəticəsində müflis olub. 45 yaşlı Krossli ötən həftəyədək 600 min dollar dəyəri olan, 7 yataq otaqlı malikaədlə yaşayırdı. Onun "Hummer"i və bank hesabında 1,65 milyon dolları vardı.

Lakin qlobal maliyyə böhranı nəticəsində Krosslinin şirkəti iflasa uğrayıb və o, banklara olan kredit borcları ucbatından evini  itirib.
Sabiq milyonçu qadın indi evinin yanında, həyətindəki damda yaşayır.
Lids şəhərinin sakini Krossli iki həftədə bir dəfə aldığı 135 funt-sterlinq məbləğində işsizlik müavinətinə möhtac qalıb.

"Başıma gələnlərin hamısında yüksək faizlə kreditlər vermiş banklar günahkardır. 7 yataq otağına malik evdə yaşayırdım. İndi dama sığınmışam", - Krosli deyir.

Lids meriyası isə Kroslini müvəqqəti yaşayış yeri ilə təmin edəcəyini bildirib.

Milli.Az