Porsuq iri inək cəmdəyini basdırarkən görüntüləndi - DÜNYADA İLK - VİDEO - FOTO

1 Aprel 2017 10:41

Vəhşi porsuq ilk dəfə iri inək cəmdəyini torpağa basdırarkən kameralara düşüb.

Porsuqların qidalarını torpağın altında gizlətməsi çoxlarına məlum olsa da, kimsə onun belə böyüklükdə heyvanı basdıracağını düşünmürdü.

Milli.Az "Dailymail"ə istinadla bildirir ki, möhtəşəm görüntülər Utah Qrassi dağlarının tədqiqatçıları tərəfindən lentə alınıb.

Utah universitetinin bioloqu leş yeyən heyvanlarla bağlı araşdırma apararkən belə bir hadisənin şahidi olub.

Porsuğun özündən dəfələrlə böyük heyvanı basdırması ilkdir.

Görüntülər sübut edir ki, onun torpağa basdırdığı cisimlərin ölçüsünün porsuq üçün fərqi yoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Dünyada ilk dəfə - Porsuq iri inək cəmdəyini basdırarkən görüntüləndi