Həftənin hansı günləri qan aldırmaq olmaz?

2 Aprel 2017 22:50

Üçüncü, beşinci, altıncı və bazar günləri qan aldırmaq bəyənilmir. Rəvayət edilir ki, İbn Ömər (Allah ondan razı olsun) bir gün belə demişdir: "Ey Nafi, qanım qaynayır, mənim üçün qan alan tap və imkan varsa, onu mənim üçün yoldaş seç.

Milli.Az zikr.az-a istinadən bildirir ki, onu nə yaşlı qoca, nə də balaca uşaq arasından seçmə, çünki mən Allah Elçisinin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: "Acqarına qan aldırmaq çox faydalıdır, onda şəfa və bərəkət vardır. Ağlı və hafizəni gücləndirir. Allahın bərəkəti üzrə Cümə axşamı qan aldırın, çərşənbə, Cümə, şənbə və bazar günləri qan aldır­maqdan çəkinin. Bazar ertəsi və çərşənbə axşamı qan aldırın, çünki həmin gün Allah Əyyubu xəstəlikdən sağaltmış, çərşənbə günü isə ona bəla vermişdir. Çünki, cüzam və albinos xəstəlikləri çərşənbə günü və ya onun gecəsi gəlir". (İbn Məcəh, 3487, 3616).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində