Xırdalanda atışma: başından güllələnən kişinin kimliyi bilindi - YENİLƏNİB - FOTO

31 Mart 2017 13:29

13:29

Bu gecə Xırdalan şəhəri 28-ci məhəllədə - bazarın yaxınlığında baş vermiş atışma zamanı 3 güllə yarası almış 32 yaşlı Paşayev Xəyal Oqtay oğlu əməliyyat olunub. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 1 saylı şəhər xəstəxanasına yerləşdirilən şəxsin bədənində 3 güllə yarası aşkarlanıb. Güllələrdən heç biri onun bədənində qalmayıb. Belə ki, güllələr onun qarın divarını, çiynini və sol qolunu deşərək keçib. Səhər saatlarında palataya keçirilən X.Paşayev polis nəzarətindədir.

Məlum atışma vaxtı 47 yaşlı Valeh Nəcəfov başından güllə yarası alıb və hadisə yerindəcə keçinib.

Faktla bağlı əməliyyat qrupu yaradılıb, axtarışlar aparılır.

---------

09:24

Gecə saatlarında Abşeron rayonunda bir neçə nəfərin iştirakı ilə silahlı insident baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərinin 28-ci məhəlləsində qeydə alınıb.
İnsident nəticəsində 1970-ci il təvəllüdlü Nəcəfov Valeh Ərzağa oğlu başından güllələnərək qətlə yetirilib.

Hadisə zamanı digər bir şəxs - 1985-ci il təvəllüdlü Qəbələ sakini Paşayev Xəyal Oqtay oğlu isə üç odlu silah yarası ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. O, qarın və qol nahiyələrindən yaralanıb. Hadisənin kim tərəfindən törədildiyi, hələ ki, məlum deyil.

Hadisə yerinin müayinəsi zamanı ölən şəxsin əlində "Makarov" tipli tapança, həmçinin yerdə 7 giliz aşkar edilərək maddi sübut kimi götürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində