Toyota 3 milyon avtomobilini geri çağırır

30 Mart 2017 22:46

Yaponiyanın "Toyota Motor" avtomobil şirkəti bütün dünyada 2,9 milyon avtomobilini geri çağırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu qərar "Takata" şirkətinin istehsalı olan təhlükəsizlik yastıqlarındakı problemlərlə əlaqədardır.

Məlumatda qeyd olunur ki, problemlər "Toyota Corolla" və "Toyota RAV4" modellərində aşkar edilib.

Ayrı-ayrılıqda Yaponiyada 750 min, Çində 650 min, Yaxın Şərqdə və Okeaniyada 1,16 milyon avtomobil geri çağırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində