Bu faktları bilirsinizmi?

15 İyun 2011 08:33
- Dünya şöhrətli aktrisa Merlin Monro danışarkən kəkələyirmiş. 16 yaşına çatarkən o, həkimlərin köməyi olmadan bundan xilas olmağı bacarıb.

- Orta statistik alıcı supermarketdə alış-verişə başlayanadək orada təxminən 15 dəqiqə "veyllənir".

- Lift 1 ildə ekvator xəttinin yarısı qədər məsafə qət edir.

- İnsan sepksual baxımdan cazibədar saydığı insana özünə əminliklə yalan danışa bilmir.

- "Barbi" kuklasının tam adı Barbara Millisent Robertsdir.

- Hollivud ulduzu Bred Pitin ilk işi toyuq kostyumunda rəqs etməklə müştəriləri "El Pollo Loko" restoranına cəlb etmək olub.

- 1 timsahın ömrü boyu 3 minədək dişi çıxır və düşür.

- Kişilərlə qadınlar genetik baxımdan erkək və dişi meymunlarla daha yaxındır, nəinki bir-birlərilə.

- İnsanda ən güclü əzələ onun dilindədir.

- Dəvəquşu sidik kisəsi olan yeganə quşdur.

- Günəş altında qaralarkən damarlar elə zədələnir ki, onların bərpasına 4-15 ay vaxt lazım gəlir.

- Məşhur "Sony" şirkəti əvvəllər "Totsuken" adlanıb.

- Avropanın ən kiçik şəhəri Çexiyadadır: Rabşteyn şəhərinin təxminən 20 sakini var.

- 1 damcı neft 25 litr suyu içməkçün yararsız hala salır.

Milli.Az