Avropada rus mafiyasına qarşı genişmiqyaslı əməliyyat

15 Mart 2010 18:05
Avropada rus mafiyasına qarşı həyata keçirilmiş xüsusi əməliyyat nəticəsində 69 nəfər həbs edilib. Milli.Az xəbər portalının "Frans press" agentliyinə istinadən yaydığı məlumata görə, bu haqda İspaniya polisindən bildiriblər. Yalnız İspaniyada 24 nəfər saxlanılıb. Onlar Barselona, Valensiya və Hvadalaharda saxlanılıblar. Daha sonra əməliyyat Avstriya, Almaniya, İtaliya və İsveçrədə davam etdirilib. Məlumata görə, əməliyyat hələ başa çatmayıb.

"El Pais" qəzeti isə yazır ki, saxlanılanlar arasında Rusiya ilə yanaşı, Gürcüstan və Ermənistan vətəndaşları da var.

Milli.Az