Baş nazir qaçdı

15 Mart 2010 17:51
"Frans press" agentliyinin məlumatına görə, hökumət başçısı vertolyota oturaraq, naməlum istiqamətdə uçub. Qeyd edək ki, dünəndən etibarən Bankhonq küçələrində 200 mindən artıq insanın iştirakı ilə mitinq keçirilir. Onlar hökumətin istefasını tələb edir. Bu gün səhər saatlarında tələbləri rədd edən baş nazir postunu tərk etməyəcəyini bildirmişdi (http://milli.az/news/world/5242.html).

Görünür, nümayişlərin getdikcə daha geniş miqyas alması Vetçaçivanı geri çəkilməyə məcbur edib. Hələlik onun harada olduğu məlum deyil.

Milli.Az