İslamçı dəhşəti: 2 min ölü

8 Yanvar 2015 21:47
Nigeriyada Boko Haram təşkilatının Baxa qəsəbəsində ən azı 2 min nəfəri öldürdüyü açıqlanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu faciə bütün qəsəbənin yandırılması nəticəsində baş verib.

Nigeriyada strateji mövqedə yerləşən hərbi bazanın ələ keçirilməsindən sonra Boko Haram minlərlə evi yandırıb və qəsəbə sakinlərini güllələyib. Şəhər rəhbərliyi 2 min nəfərin öldüyünü açıqlayıb.
 

Milli.Az