Dini mətnlərdə, o cümlədən Qurani-kərimdə "məsih" Həzrət İsa Peyğəmbərin (ə) ləqəbi kimi işlədilir. Ərəb dilindən tərcüməsi "məsh edilmiş, üzərinə əl sürtülmüş" deməkdir. İbrani (qədim yəhudi) dilindəki "meşşiax" kəlməsindən qaynaqlandığı ehtimal edilir. İbrani dilində "meşşiax" - "alnına müqəddəs yağ surtulmuş", "nişan qoyulmuş" mənasını bildirir. Qədim ənənəyə görə, pad-şahlığa gətirilən şəxsin alnına ətirli zeytun yağı sürtərdilər. Bu, həmin adamın hakimiyyətə seçilməsinin əlaməti sayılırdı.
Milli.Az islam.az-a istinadən bildirir ki, bu sözün ərəb dilində "səyahət edən, gəzən" mənası verdiyini də bildirirlər. Bu da Həzrət İsa Peyğəmbərin (ə) daimi yaşayış yeri olmadan şəhərdən-şəhərə gəzərək öz təlimini yayması ilə əlaqələndirilir.
"Məsih" sözünü yəhudi dilindəki "maşiyax" (xilaskar) kəlməsinin ərəbləşdirilmiş variantı da hesab edirlər.
Milli.Az