Polisə pedofil cinayətlərlə bağlı təzyiq edilib

17 Mart 2015 22:20

1980-ci illərdə Böyük London polisinə azyaşlı parlamentarilərlə bağlı cinayətləri açmamaq üçün təzyiq edilib.
 

Milli.Az BBC-yə istinadən bildirilir ki, yüksək çinli polislərdən biri öz işçilərinə deyib ki, əgər onlar şübhələr barədə ictimaiyətə məlumat verərsə, onlara qarşı məxfi informasiyasının açıqlanmasına görə cinayət işi açıla bilər.
 

Mənbənin məlumatına görə, bu işdə Liberal partiyası üzvü Cyril Smithin də adı çəkilir.
 

Həmin vaxt parlamentarini həbs etsələr də, bir müddətdən sonra heç bir ittiham irəli sürülmədiyindən azad edilib.

BBC Newsnight proqramına məlum olub ki, Smith qalmaqalla əlaqəsi olan yeganə ictimai şəxs deyil.
 

Böyük London polisi əməkdaşlarının adı çəkilən məsələyə şərh bildirməyib.
 

Hazırda müstəqil nəzarətedici orqan 1970-2005-ci illərdə azyaşlıların işi ilə bağlı cinayətlərin necə təhqiqat aparıldığını araşdırır.
 

Milli.Az