Dünyanın ən bahalı və ən ucuz şəhərləri - REYTİNQ

21 Mart 2017 12:07

Sinqapur dünyanın ən bahalı şəhərləri arasında liderdir.

Milli.Az bildirir ki, "Economist Intelligence Unit" (EIU) agentliyinin hazırladığı ənənəvi "Worldwide Cost of Living" reytinqi açıqlanıb.

Ən bahalı şəhərlər arasında ikinci yeri Honkonq, 3-cü yeri Sürix tutub.

İlk onluqda sonrak yerlərdə Tokio, Osaka, Cenevrə, Paris, Nyu-York, London və Kopenhagen var.

Dünyanın ən ucuz şəhəri Almatıdır. Bu şəhər reytinqdə 133-cü yerdədir.

Sonrakı yerlərdə Laqos, Banqalor, Kəraçi, Əlcəzair, Çennay, Mumbay, Buxarest, Kiyev, habelə Hindistanın paytaxtı Nyu-Dehli var.

"Worldwide Cost of Living" reytinqi ildə iki dəfə hazırlanır və bu zaman 160 mal ilə xidmətin 400 fərqli qiyməti nəzərə alınır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində