"Qəbələ"nin legionerləri yumurta döyüşdürdülər - VİDEO

21 Mart 2017 10:05

"Qəbələ" klubu Novruz bayramı münasibəti maraqlı videoçarx hazırlayıb.
Milli.Az sport24.az-a istinadən xəbər verir ki, komandanın keçmiş Yuqoslaviyadan olan legionerləri - serbiyalı Daniel Subotiçlə xorvatiyalı Filip Ozobiç komanda yoldaşları ilə yumurta döyüşdürüblər.
"Qırmızı-qaralar" bütün Azərbaycan xalqını və Novruzu qeyd edən hər kəsi bayram münasibətilə təbrik edib, hər kəsə bahar enerjisi, cansağlığı və səadət arzulayıb.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin: