Keçmişdə gizli qalan gənclik sirləri

21 Mart 2017 09:51

"Gənclik iksiri şəfa verici bitkilərdə gizlənib. Məsələn, gicitkən otu insan bədənini yandırsa da, tərkibi faydalı emenlentlərlə zəngindir. Xüsusilə kimyəvi turşular saç dərisinin yağ balansını qoruyur. Kəklikotu isə saça sadəcə parlaqlıq bəxş etmir, eyni zamanda diblərini gücləndirib daha sağlam edir".
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri türkiyəli təbib Tarkan Güveloğlu deyib. O, illərdir gizli qalan gözəllik reseptlərini açıqlayıb. O, belə hesab edir ki, dərinin elastikliyini və gəncliyini bitkilərdən və təbii vasitələrdən yaxşı heç nə qoruya bilməz:
"Dərinin qüsursuz və parıltılı olması beyninə gənclik və sağlamlıq siqnalı göndərir. Bu xüsusiyyətlərə sahib olan qadınlar istənilən kişinin diqqətini çəkə bilir. Onların cəlbetmə potensialı daha çoxdur. Bu səbəbdən də bir çox qadın özünü dərk etdiyi andan dərisinin qeydinə qalır, onun gözəl görünməsinə çalışır. Çünki insanlara ilk növbədə vizual görüntü ilə təsir edə bilirik. Bunu da qeyd etməliyəm ki, müasir dövrdə qadınlar gözəlliyə çox önəm verir. Hətta tarixdə belə bir hal olmadığını əminliklə deyə bilərəm".
Təbib onu da etiraf edib ki, bəzi məhsulların tərkibindəki kimyəvi qatqılar dəridə əks təsir göstərə bilər:
"Mütəxəssislərin apardığı araşdırmalar göstərir ki, bəzi kosmetik məhsullar kanserogen təsir göstərir. Halbuki təbiətdə istənilən qədər həm daha ucuz, həm də sağlam olan gözəllik ehtiyatları tapmaq olar. Məsələn, Kleopatranın tətbiq etdiyi gözəllik formulları bu günə qədər öz aktuallığını qoruyub saxlayıb. Bu da o deməkdir ki, təbii üsullar daha faydalı və zərərsizdir".
Parıltılı dəri qadının ən böyük sərvətidir
Tarkan Güveloğlu hesab edir ki, parıltılı dəri qadının ən böyük sərvətidir: "Bitki yağları hüceyrələri yeniləyir, qırış, ləkə və sızanaq kimi problemlərin aradan qaldırılmasında böyük rol oynayır".
Keçmişdə gizli qalan gözəllik ritualları
Üzünüzü hər gün mineral suyla silin. 1 ay sonra dəridə parlaqlığı hiss edəcəksiniz. Skandinaviya qadınlarının gözəlliyinin sirri də mineral sularda gizlənib. Onlar dərilərini qorumaq üçün saf bulaq sularından istifadə edərdilər. Bu su dəriyə təravət bəxş edir. Şimal qadınlarını nümunə götürün və hər gün şüşəsində "Təbii mineral suyu" yazan içkilərlə üzünüzü silin və yuyun.
Alma dəri üçün çox yaxşı krem əvəzləyicisidir. Bir almanı sürtgəcdən keçirin. İçinə 2 qaşıq təbii qaymaq əlavə edib yaxşıca qarışdırın. Üzünüzə bu maskanı sürtün, 20 dəqiqədən sonra yuyun. Bu effekti artırmaq üçün bir dənə alma yeyin. Müntəzəm istifadədən bir müddət sonra dəriniz parlaq və təravətli olacaq.
Duz mədənlərindən çıxarılan, zavod duzu olmayan duzlar dəri üçün çox faydalıdır. Bu duzun suyu minik qırışları aradan qaldırmaq üçün ideal vasitədir. Çünki tərkibi kalsium, dəmir, maqnezium, xlorit və kalium baxımından zəngindir. Üzünüzü duzlu suyla yuduqdan sonra mütləq nəmləndirici krem çəkin.
İspanaq həm sağlamlığımız, həm də dəri üçün çox faydalı göyərtidir. Bu bitki dərinin parıldamasına dəstək olur və gözəlləşdirir. Bir stəkan isti südün içinə 5-6 yuyulmuş ispanaq yarpağını əlavə edib. Bu yarpaqları üzünüzə qoyub 15-20 dəqiqə uzanın. Bu prosesdən sonra nəmləndirici krem sürtün.
Bir soğanın suyunu sıxın. Bu suya üç xörək qaşığı alma sirkəsi əlavə edin. Hazırladığınız maskanı hər gün üzünüzə çəkin. Qocalıq ləkələrinə qarşı möcüzəli vasitədir.
Minerallar və vitaminlər ehtiva edən yemişi sıxıb suyunu üzünüzə sürtün. Yemişin tərkibində olan karoten maddəsi dərinin qabıq verməsinin qarşısını alır. Bir müddət sonra dəriniz mükəmməl və parıltılı olacaq.
Yay mövsümündə çox alça yeyin. Bu, qocalma prosesini ləngidir. 4 və ya 5 ədəd alça kifayətdir. Qışda isə qurusunu yeyin.
Axşamlar üzünüzü südə batırılmış pambıqla silin. O şəkildə yarım saat dincələndən sonra yuyun. Dərisi yağlı olanlar südün üzərindəki yağı götürərək istifadə etməlidir.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində