Dünyanın ən varlı adamlarının yeni siyahısı

21 Mart 2017 09:41

"Forbes" jurnalı milyarderlərin yeni siyahısını açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 2016-cı ildə ilk dəfə milyarderlərin sayı 2 mini keçib.

Siyahıya "Microsoft"un rəhbəri Bill Qeyts rəhbərlik edir. Onun varidatı ötən il ərzində 75 milyarddan 85 milyard dollara çatıb.

İkinci yerdə isə Uorren Baffetdir. Onun varidatı 75 milyard dollardır.
 
Beşlikdəki digər ardıcıllıq isə belədir:

Ceff Bezos
Amansio Orteqa
Mark Zukerberq

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində