Rahib mağazadan iPhone oğurladı – VİDEO

21 Mart 2017 09:38

Tailandın Çumpxon vilayətində rahib yerli mağazaların birində satıcının "iPhone"nunu oğurlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisənin videosunu martın 20-də Daily Mail nəşri dərc edib.

Satıcının fikri yayınanda rahib stolun üstündən smartfonu götürərək paltarının altında gizlədib.

İnsident supermarketdə quraşdırılan müşahidə kamerasına düşüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Rahib mağazadan "iPhone" oğurladı