Günün resepti: səbzi-qovurma plov - FOTO

21 Mart 2017 07:00

Milli.Az milli mətbəximizin ən ləziz yeməklərindən olan səbzi-qovurma plovun hazırlanma qaydasını təqdim edir

Tərkibi:

600 qram - qoyun əti

400 qram - uzun düyü

50 qram - ərinmiş kərə yağı

2 ədəd - baş soğan

göyərti (kəvər, keşniş, göy soğan, quzuqulağı, şüyüd)

zəfəran

darçın

duz

istiot

Hazırlanması

Səbzi-qovurma plovu üçün yumşaq qoyun ətini 35-40 qramlıq tikələrə doğrayıb, qazana tökün. Ocaqda bişirin. Daha sonra iri qazanda əlavə etdiyiniz suyun həcm inə görə 1 xörək qaşığı duz töküb, düyünü qaynadın. Çox qaynatmayın ki düyü bir-birinə yapışmasın. Düyünün hazır olub-olmadığını əlinizlə yoxlayın.

Vaxtını ötürmək olmaz. Bişən kimi aşsüzəndə süzün. Əgər istəyirsinizsə, plovunuz qazmaqlı olsun o zaman evdə əvvəlcədən xəmir hazırlayıb, qazmaq düzəldə bilərsiniz. Yox əgər etməmisinizsə, qazmaq üçün hazır lavaşdan da istifadə edə bilərsiniz.

Qazanın dibin kərə yağı ilə yağlayıb, lavaşı döşəyib düyünü asta-asta əlavə edin. Qapağını dəsmalla bağlayıb, qazanın ağzın örtüb, dəmə qoyun. Soğanı doğrayıb, tavada qızılı rəng alanədək qızardın. Əvvəlcədən bişirilmiş qoyun ətini soğana əlavə edin.

Daha sonra zəfəran əlavə edinki xüsusi dad versin. Doğranmış göyərtini ətə əlavə edib, duz, istiot vurub rəngi dəyişənədək  bişirin.

Dəmlənmiş plovun bir hissinə zəfəran da vura bilərsiniz. Süfrəyə verilən zaman düyünü təpəcik şəklində boşqaba çəkin və üstünə zəfəran vurulmuş düyü tökün. Yanına hazır səbzi-qovurma  qoyub,üzərinə isə əridilmiş kərə yağı və darçın səpin.

Nuş olsun!

Milli.Az