Evlilik verilişləri bağlanacaq, bütün aparıcılar eyni filmə çəkiləcək

20 Mart 2017 21:50

Evlilik proqramlarının bağlanacağı xəbəri bir müddətdir ki, gündəmdədir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcı Esra Erol da gələn mövsüm efirdə olmayacağını deyərək ağlayıb. Canlı yayımda tamaşaçısı ilə vidalaşan Esranın göz yaşları isə aktyor Şahan Gökbahara təsir edib.

O, dərhal Esraya filmdə çəkilmək üçün təklif göndərib. Lakin proqramların bağlanması ilə işsiz qalan təkcə E.Erol olmayacaq. Bu səbəbdən Şahanın bütün evlilik proqramlarının aparıcılarını növbəti filminə dəvət edəcəyi gözlənilir.

Milli.Az