Cey Lo yeni sevgilisinin bacısı ilə - FOTO

20 Mart 2017 19:48

Müğənni Cennifer Lopez yeni basketbolçu sevgilisi Aleks Rodriqesin ailə üzvləri ilə tanış olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 47 yaşlı müğənni həftə sonunda vaxtını 41 yaşlı sevgilisinin bacısı Syuzi Dyunanla keçirib.

Syuzi Cey Lo ilə çəkdirdiyi selfiləri İnstaqram səhifəsində yerləşdirib və yazıb:

"Aleksla Cenniferin münasibətləri sıfırdan başladı, amma qısa zamanda sürətlə 100-ə çatdı".

Qeyd edək ki, C.Lopezin bundan əvvəlki sevgililəri ifaçıdan yaşca çox kiçik olublar. Belə ki, o, bir müddət 29 yaşlı rəqqas Kasper Smart, dah asonra isə 30 yaşlı repçi Dreyklə görüşüb.

Milli.Az