"Qalatasaray"ı məğlub etdikdən sonra nişanlandı

20 Mart 2017 10:50

"Trabzonspor" futbol klubunun baş məşqçisi Ersun Yanal "Qalatasaray" qələbəsinin ardından Bodruma gedərək iki ildir sevgili olduğu İren Ağanla nişanlanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bələdiyyə sədrinin qızı olan 29 yaşlı İrenlə 56 yaşlı E.Yanalın nişan mərasimi otellərdən birində keçirilib.

Yaxın adamların iştirakı ilə keçən gecədə media nümayəndələri iştirak etməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində