Timsah balıqçını parçaladı - Avstraliyada

20 Mart 2017 09:39

Avstraliyanın hüquq-mühafizə orqanları martın 20-də çay sahilində ötən şənbə günü balıq tutmaq adı ilə evdən çıxan və itgin düşən 35 yaşlı kişinin meyitini aşkar ediblər.

Milli.Az report.az-a istinadən bildirir ki,  polisin fərziyyəsinə görə, yerli sakini timsah parçalayıb.
Hazırda uzunluğu təqribən 4 metr olan sürünənin axtarışları davam etdirilir.
Martın 19-da həmin ərazidə timsah 18 yaşlı gəncə hücum edərək onun əlini dişləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində