Şults Almaniya kansleri vəzifəsinə namizəd olub

20 Mart 2017 07:34

Avropa Parlamentinin sabiq rəhbəri Martin Şults növbədənkənar qurultayda Almaniya sosial demokrat partiyasının sədri təsdiqlənib. Martin Şultza 100 faiz səs verilib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Almaniyada parlament seçkiləri sentyabrın 24-ü keçiriləcək.

M.Şults partiyanın lideri postunda hazırkı Almaniyanın xarici işlər naziri Ziqmar Qabrieli əvəzləyib.

Milli.Az