17 yaşlı İbrahim Nəsrullayev İsveçi fəth edir - VİDEO

19 Mart 2017 22:46

17 yaşlı azərbaycanlı İbrahim Nəsrullayev İsveçin TV4 telekanalı tərəfindən təşkil olunmuş istedadların "Talent 2017" müsabiqəsinin favoriti olub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, İ.Nəsrullayev yerinə yetirdiyi kompozisiya ilə yalnız münsiflər heyətini yox, həm də bütün zalı, hansı ki, sonradan gənc istedadı ayaq üstə alqışlayıb, ağlamağa məcbur edib.

Telekanalın saytı, həmçinin bildirir ki, İbrahim İsveçə öz ailəsi ilə birlikdə miqrant kimi bir il əvvəl gəlib. Yeniyetmə cəmi bir il ərzində İsveç dilini öyrənib və indi orda sərbəst danışır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
17 yaşlı İbrahim Nəsrullayev İsveçi fəth edir