Türkiyədə 2 əsgər şəhid olub

19 Mart 2017 21:38

Türkiyənin Diyarbəkir vilayətində  PKK terrorçularına qarşı keçirilən əməliyyat zamanı 2 əsgər yaralanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yaralılar xəstəxanaya çatdırılsalar da, onların həyatlarını xilas etmək mümkün olmayıb.
 
Əməliyyat zamanı terror qrupunun 6 üzvü zərərsizləşdirilib. Bölgədə əməliyyat davam edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində