6 İŞİD lideri məhv edilib

19 Mart 2017 21:37

Qərbi Mosulda beynəlxalq koalisiyanın hərbi təyyarələri 6 İŞİD liderini məhv edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  bu barədə İraq müdafiə nazirliyinin məlumatında deyilir.
 
Məhv edilənlərin arasında "Tarek ben Ziyad" briqadasına başçılıq edən Rusiya vətəndaşı Abdel Kərim ər-Rusinin olduğu da bildirilir. Onunla birgə İŞİD iyerarxiyasında yüksək mövqe tutan iki Mərakeş, bir Fransa, Böyük Britaniya və Türkiyə vətəndaşı öldürülüb.
 
Qeyd edək ki, Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı keçən ilin oktyabr ayında başlayıb. Bundan əvvəl şəhərin şərq hissəsi terrorçulardan azad edilib. Bu ilin fevralında Mosulun qərbinin azad edilməsi üçün əməliyyat başlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində