Bu avtobusda imkansız şəxslər pulsuz daşınır - VİDEO

19 Mart 2017 21:02

Sumqayıtda marşrut sürücülərindən biri çox insana nümunə olacaq bir addım atıb. O, imkansız şəxsləri avtobusla pulsuz daşıyır. Bu yolla o, cəmiyyətin aztəminatlı təbəqəsinə yardım etdiyini düşünür.

"İmkanı olmayanlar gediş haqqı ödəməsin!"
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu lövhə Sumqayıtda "7A" saylı marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində yerləşdirilib. Şəhər sakini, 35 yaşlı Elçin Məmmədov xeyirxah addım ataraq özünün idarə etdiyi avtobusa bu cür elan yerləşdirib ki, pulu olmayanlar da nəqliyyat vasitəsindən istifadə edə bilsinlər.
Sürücü deyir ki, əvvəllər yalnız bayram günlərində imkansız şəxsləri pulsuz daşıyıb. Amma indi hər gün bu xeyirxah əməli yerinə yetirir.
Elçin Məmmədovun sözlərinə görə, gün ərzində onlarla imkansız insan onun avtobusundan pulsuz istifadə edir. Lakin bu xeyirxah niyyətdən fırıldaqçılıq məqsədilə istifadə edənlər də var.
Elçin Məmmədov bütün sui-istifadə hallarına baxmayaraq, bu xeyirxah əməlini davam etdirəcəyini deyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
O, imkansız şəxsləri avtobusla pulsuz daşıyır