Əliyar Ağayev fasilədə də boş qalmayacaq

19 Mart 2017 20:44

Futbol üzrə Azərbaycan I Divizionunda XXI turun oyunları üçün bütün təyinatlar müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, milli komandamızın Almaniya ilə oyunu ilə əlaqədar Premyer Liqada fasilə yaransa da, aşağı dəstənin matçları keçiriləcək.

Buna görə də, Premyer Liqadakı idarəçilikləri ilə tanınan bəzi hakimlər divizionda iş başında olacaqlar. Belə ki, FİFA hakimi Əliyar Ağayev "Ağsu" - "Turan", İnqlab Məmmədov MOİK - "Şəmkir", Rauf Cabbarov isə "Qaradağ Lökbatan" - "Zaqatala" oyununda əsas söz sahibi olacaq.

Birinci divizion

XXI tur
22 mart (çərşənbə)

"Ağsu" - "Turan Tovuz"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Nail Nağıyev
Hakim-inspektor: Azad Mütəllimov
Ağsu şəhər stadionu

"Energetik" - "Şahdağ"
Hakimlər: Anar Göyçayski, Yaşar Abbasov, Aleksandr Musatkin, Muxtar  Acalov
Hakim-inspektor: Rəhman Tağıyev
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu

MOİK - "Şəmkir"
Hakimlər: İnqilab Məmmədov, Azər Əsgərov, Elşad Abdullayev, Rövşən Rəcəbov
Hakim-inspektor: Rüfət Əliyev
"Bayıl Arena"

"Mil-Muğan" - "Bakılı"
Hakimlər: Nahid Xasıyev, Coşqun Həsənov, Vüsal Qənbərov, Bəxtiyar Gözəlov
Hakim-inspektor: Vahid Hüseynov
Heydər Əliyev adına İmişli şəhər stadionu

23 mart (cümə axşamı)

"Qaradağ  Lökbatan" - "Zaqatala"
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Cəmil Nağıyev, Emin Nağıbəyov
Hakim-inspektor: Yavər Rəhimov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

Qeyd: Bütün oyunlar saat 15:00-da başlanacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində