Həbsxanalarda ən çox ölüm halı Ermənistanda baş verir - Avropa Şurası

19 Mart 2017 20:04

2005-ci ildən başlayaraq Ermənistanda məhbusların sayı 48 faiz artıb. Beləliklə, Ermənistan son 10 ildə məhbusların sayı ən çox artan ölkələrdən biri olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa Şurasının penitensiar sistem üzrə hesabatında deyilir.

Hesabata əsasən, bütün yoxlanəlmış ölkələrin arasında həbsxanalarda ən çox ölüm halı Ermənistanda baş verir.

Ermənistanda bir məhbusun orta gündəlik xərcləri 10,3 avro təşkil edir. Bu isə Avropa Şurasının digər ölkərinə nisbətdə 5 dəfə azdır.

Eyni zamanda hesabatda qeyd olunur ki, Ermənistanda qadın və əcnəbi məhbusların sayı azdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində