Qətldən öncə: Rusiyanın sonuncu çar ailəsinin nadir şəkilləri - FOTO

19 Mart 2017 19:43

Çar ikinci Nicholas və ailəsini bolşeviklər gülləyəndən sonra çar ailəsinin şəxsi foto kolleksiyası gizli olaraq Rusiyadan çıxarılıb. Bu albomlar faciəyə məhkum edilmiş ailənin həyatına həyəcanlı baxış təklif edir.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, bütün şəkillər Yale Universitetinin Beinecke nadir kitablar və əlyazmalar kitabxanası tərəfindən təqdim edilib.

II Nicholas və onun arvadı, imperatriçə Aleksandra (sağda), 4 qızı və oğlu ilə. Çar 1917-ci ildə imperator taxtından imtina etməyə məcbur oldu. O və ailəsi 1918-ci ildə bolşevik ordusu tərəfindən güllələndikdən sonra süngüdən keçiriliblər. Daha sonra meyitlərin üzərinə kislota tökülərək şaxtaya atılıb.

Çar II Nicholas Finlyandiyanın daşlı sahili ilə gəzir. Atasının erkən ölümündən sonra o, dostuna etiraf edib: "Hələ çar olmağa hazır deyiləm, idarəetmə işlərindən heç nə bilmirəm".

Çar II Nicholas və oğlu Aleksey Sankt-Peterburq yaxınlığında. Gənc vəliəhd qanın laxtalanmasını əngəlləyən genetik xəstəlik - hemofiliyadan əziyyət çəkirdi.

Anna Vyrubova (sağda) çimərlikdə böyük knyaginya Tatyana və Olga ilə ayağıyalın gəzirlər. Çar ailəsinin yaxın dostu ailə qətlə yetirildikdən sonra bu fotoların da daxil olduğu 6 albomla birlikdə Sovet Rusiyasından qaçmağı bacarıb.

İmperatriçə Aleksandra (solda) Anna Vyrubova və knyaginyalardan böyüyü olan Olga ilə. Anna inqilabdan sonra həbs edilsə də, o Romanovlar ailəsinin şəxsi həyatına aid 2600 fotonun daxil olduğu albomla birlikdə Finlyandiyaya qaça bilib. O, 1964-cü ildə Helsinkidə ölüb.

İmperatriçə Aleksandranı imperator ailəsinin rəsmi səfərləri və tətilləri üçün nəzərdə tutulmuş Standart imperator gəmisinin göyərtəsində salamlayırlar. Arxa planda onun böyük rus knyaginyaları kimi tanınan gənc qızları gəmi heyətini salamlayır.

İki böyük knyaginya Standart-ın göyərtəsində. Uşaqlar balaca olanda gəmidən yıxılmamaları üçün hər birinə matros təhkim olunurdu.

II Nicholas və qızları Krımda gəzinti zamanı.

Polşada Spala piyada körpüsü. 1912-ci ildə şahzadə Aleksei qayığa hoppanaraq ombasını bərk zədələmişdi. Bu, daxili qanaxmaya səbəb olaraq vəliəhdin həyatına təhlükə yaratmışdı.

Çar II Nicholas Spala-da vurulmuş maralla poza verir. Bu onun oğlunun başına gələn təhlükəli hadisədən bir az qabaq çəkilib. Deyilənlərə görə, o zaman sibirli cadugər Rasputin daxili qanaxmanı dayandırmaq üçün möcüzəvi müalicə aparıb. Rasputin çar ailəsinin etimad etdiyi yaxın şəxsə çevrilib.

İmperatriçə Aleksandra və onun qızı böyük knyaginya Tatyana. Deyilənlərə görə, onlar xüsusilə yaxın olublar.

Çar II Nicholas (solda) İsveç kralı Gustav-ı Standart-ın göyərtəsində salamlayır.

Rusiya taxt-tacının şahzadəsi Aleksei Romanov. Ailəsi ilə bilkidə gətlə yetirildiyi vaxt oğlanın 13 yaşı var idi.

Şahzadə Aleksei (solda üçüncü) "əsgər" oynayır. Andrey Derevenko (ən soldakı) həddən çox qorunan vəliəhdə göz qoyan iki təlimçidən biri idi. Derevenko inqilabdan sonra bolşeviklərə qoşuldu. Sonrakı taleyi naməlum olan bu şəxs şahzadəni ələ salırmış.

Klementy Nagorny (sağda) da şahzadə Aleksei-in (arabanın üstundə sağdan ikinci) qayğısına qalmaq üçün görəvləndirilmişdi. 1917-ci il inqilabından sonra o öldürülmək ehtimalının çox böyük olduğunu bilə-bilə əsirlikdəki çar ailəsinə qoşuldu. Romanovlarla birlikdə həbsdə olarkən o, Aleksei-in qızıl boyunbağısını oğurlayan bolşevik keşikçini dayandırmağa cəhd etdi. Bir neçə gündən sonra isə güllələndi.

Ailənin fransız müəllimi Pierre Gilliard şagirdləri Olga və Tatyana Romanov-larla birgə. Gilliard ailəyə əsirlikdə qoşulan dostlarından daha birisi idi. Qətllərdən sonra o, hadisənin araşdırılmasına kömək edib. Vladimir Leninin var gücüylə öz tərəfdarlarını hakimiyyətə çəkdiyi vaxtlarda o, Rusiyadan qaçıb. 1962-ci ildə İsveçrədə vəfat edib.

Böyük knyaginyalar anaları və iki zabitlə birgə.

Standart-n göyərtəsində dənizçilər öz yoldaşlarını növbəylə xalça üzərində atıb-tuturlar.

Tatyana Romanova Standart-ın göyərtəsində. Tatyana ətrafdakılar tərəfindən "onunla qurula biləcək gözəl dostluq münasibətləri haqqında xəyal edən və həmişə ideala can atan şairanə təbiətli varlıq" kimi təsvir edilirdi.

Böyük knyaginyalar Olga, Tatyana və Maria 1914-cü ildə Standart-ın göyərtəsində. Qətlə yetirilərkən bacıların 22, 21 və 19 yaşları var idi.

İmperatriçə Aleksandra onun obrazı olan gildən hazırlanmış büstə baxır. 1917-ci il inqilabına 3 il qalmış alman imperatriçə Rusiyanın Almaniya ilə Birinci Dünya müharibəsində viranedici müharibə apardığı bir vaxtda şübhə və nifrət obyektinə çevrildi.

Olga Romanova Standart-ın göyərtəsindəki kresloda.

Çar və ailəsinin səfəri zamanı kəndlilərin şəkli çəkilib. Bu şəkil Rusiyada əsas diqqətin sadə insanlara yönəldiyi nadir şəkillərdəndir.

Böyük knyaginyalardan ən gənci olan Anastasia atası II Nicholas və zabitlə birgə tennis oyunundan sonra. Qətlin törədildiyi 1918-ci il iyulun 17-də gecə Anastasia əvvəlcə huşunu itirib. Bir qədər sonra o, ayılaraq qışqırıb. Bolşeviklər onu süngüylə öldürüblər.

Böyük knyaginyalar Standart-ın göyərtəsi ilə addımlayırlar. Gəminin göyərtəsində həyat sakit və qeyri-rəsmidir. Martoslarla böyük knyaginyalar flirt də edirdilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində