Əfqan əsgər amerikalı hərbçiləri atəşə tutdu

19 Mart 2017 19:36

Əfqanıstan silahlı qüvvələrinin əsgəri NATO-nun Hilmənd əyalətində yerləşən bazasında amerikalı hərbçilərə atəş açıb, üç nəfər yaralanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Şimali Atlantika Alyansının Əfqanıstanda "Qəti dəstək" əməliyyatının məlumatında bildirilir.
"Hilmənd əyalətində əfqan əsgərin atəş açması nəticəsində üç ABŞ hərbçisi yaralanıb. Hərbçilərə tibbi yardım göstərilib", - deyə əməliyyatın "Twitter" səhifəsində qeyd olunur.
"Reuters"in məlumatına görə, Əfqanıstan silahlı qüvvələrinin nümayəndəsi bildirib ki, əfqan əsgər cavab atəşi ilə öldürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində