19 yaşlı futbolçunu timsah parçaladı - FOTO

19 Mart 2017 18:47

Mozambikin futbolçusu Esteva Alberto Jino timsahın hücumu nəticəsində həyatını itirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Gazeta.ru" məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Zambezi çayı sahilində baş verib. Yırtıcı çayın sahilində qaçan idmançıya hücum edib.

"Timsah birdən sudan çıxdı və Estevanın belindən yapışdı. Sonra onu suya saldı. Onun dostları çox qorxmuşdu, onlar səsi eşidirdilər, amma heç nə edə bilmirdilər.

Timsah beş metr uzunluğa malik idi", - deyə komandanın məşqçisi Edi Karvalo bildirib.

Qeyd edək ki, futbolçu "Atletiko Mineyro de Tete" həvəskar klubunda çıxış edirdi. Onun 19 yaşı vardı.

Milli.Az