6 otaqlı evdə yanğın

19 Mart 2017 18:20

Gündüz saatlarında Qazaxda yanğın faktı qeydə alınıb.

Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 416 m2 olan ikimərtəbəli 6 otaqlı fərdi yaşayış evinin 1-ci mərtəbəsində 1 otağın tavanı 9 m2 sahədə və pilləkən qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 14:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az