Yaponiyalı gimnast Bakıda Dünya Kubokunda qızıl medal qazandı

19 Mart 2017 18:19

Yaponiyalı gimnast Naoto Hayasaka Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda turnikdə hərəkətlərdə qızıl medal qazanıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, o, 14.333 xal toplamaqla ən yüksək pilləyə yüksəlib.

İkinci yeri 14.000 xalla Xorvatiya gimnastı Anton Kovaçeviç, üçüncü yeri 13.866 xalla Litva gimnastı Tomas Kuzmiçkas tutub.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika arenasında idman gimnastikası üzrə Dünya Kubokunda ayrı-ayrı növlər üzrə final yarışlarının ikinci günü keçirilib. Ümumilikdə 10 dəst medal uğrunda mübarizə aparılıb.

Milli.Az