Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun final mərhələsinin ikinci gününün qalib və medalçılarının mükafatlandırılması mərasimi keçirilib - FOTO

19 Mart 2017 18:10

Bakı Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunun final mərhələsinin ikinci gününün qalib və medalçılarının mükafatlandırılması mərasimi baş tutub.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, mərasimdə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov, Milli Məclisin deputatı Fuad Muradov, Fransa Gimnastika Federasiyasının beynəlxalq əlaqələr üzrə meneceri Mişel Butaq, Gürcüstan Gimnastika Federasiyasının vitse-prezidenti Bessarion Qamsaxurdiya, Beynəlxalq Gimnastika Federasiyasının qadın idman gimnastikası üzrə texniki nümayəndəsi Nadejda Seyle, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov, yarışların direktoru Natalya Bulanova, Beynəlxalq Gimnastika Federasiyasının kişi idman gimnastikası üzrə texniki nümayəndəsi Artur Mitskeviç, Beynəlxalq Gimnastika Federasiyasının baş katibinin müavini Nikolya Bumpen, Azərbaycan Gimnastika Federasiyasının baş katibinin müavini Nurlana Məmmədzadə, Azərbaycan Gimnastika Federasiyasının icraiyyə komitəsinin üzvü Mariana Vasileva, idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının katibi Nigar Mirzəyeva, Azərbaycan Gimnastika Federasiyasının beynəlxalq əlaqələr üzrə meneceri Mehman Əliyev və idman gimnastikası üzrə Azərbaycan milli komandasının baş məşqçisi Rza Əliyev iştirak edib.

Milli.Az