Abşeronda tövlə yandı: içindəki heyvanlar tələf olub

19 Mart 2017 16:33

Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan taxta konstruksiyalardan ibarət tövlə yanıb.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı tövlənin içərisində olan 10 baş iribuynuzlu heyvan tələf olub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 13:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Milli.Az